
04 İyul 2024, 16:19
İyulun 4-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Gəncə, Göygöldə kiçik, Tovuz, Tərtərdə orta, Ağstafa, Naftalanda yüksək, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Qəbələ, Oğuz, Zaqatala, Balakəndə orta yanğın təhlükəsi növünə çatmışdır.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Qusarda kiçik, Xızı, Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda kiçik, İsmayıllı, Qobustanda isə orta yanğın təhlükəsi növünə çatmışdır.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astarada kiçik, Yardımlı, Lənkəranda isə orta yanğın təhlükəsi növünə çatmışdır.
Qeyd: İyulun 5-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi əsəsək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.