
26 İyun 2024, 22:40
Çaylarda faktiki vəziyyət
İyunun 26-sı saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb.
Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçir.