20 İyun 2024, 10:15
İyunun 20-si saat 10:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
19-u axşam yağıntılar tədricən kəsilib, 20-si gecə və səhər hava şəraiti əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Oğuzda 11 mm, Şəkidə 6 mm, Xaltanda 3 mm, Qrızda 1 mm-dək olub.
Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.