
07 İyun 2021, 14:00
Akademik Ramiz Məmmədov vəfat edib
Bu gün Milli Hidrometeorologiya Xidmətinin kollektivinə böyük kədər hissi ilə akademik Ramiz Məmmədovun dünyasını dəyişməsi xəbəri gəldi.
Yer elmləri sahəsində dərin ensiklopedik biliklərə sahib olan qədər, daxili aləmində sadəliyi, alicənablığı, hər bir kəsə xüsusi diqqəti ilə seçilən, yüksək insani keyfiyyətlərə malik olan müəllimimiz, elmi rəhbərimizin aramızdan getməsi onu tanıyan hər bir kəs üçün acı bir xəbər oldu.
MHX-nin mütəxəssisləri akademik Ramiz Məmmədovu özlərinin bir nömrəli məsləkdaşı hesab etməklə, hidrometeorologiya, xüsusi ilə Xəzər dənizi ilə bağlı problemli məsələlərin müzakirələrində çəkinmədən ona müraciət edir və yüksək səviyyədə tövsiyələrini alırdılar.
Ramiz Məmmədov onu tanıyan hər bir kəsin qəlbində böyük alim, gözəl və sadə insan kimi həmişə yaşayacaq.
ALLAH RƏHMƏT ELƏSİN!
Dərin kədər hissi ilə Milli Hidrometeorologiya Xidmətinin kollektivi adından
Hörmətlə,
Umayra Tağıyeva