05 İyun 2021, 20:10
FAKTİKİ HAVA
İyunun 05- i saat 20:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göy-göl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Zaqatala, Balakən, Oğuz, Xınalıq, Şahdağ, Şəki, Kişçay (Şəki ) , Sarıbaş(Qax), Yevlax, Tərtər, Mingəçevir, Bərdədə şimşək çaxıb, arabir yağış yağıb.
İyunun 05- i saat 18:01-18:02 radələrində Tərtərdə diametri 10 mm olan, saat 18:11-18:13 radələrində isə Göy-göl rayonuna dolu yağıb.
Qərb küləyi arabir Naftalanda 28 m/s,Tovuzda 24 m/s, Zaqatalada 18 m/s, Mingəçevir, Naxçıvan, Şəmkirdə 16 m/s, Şərurda 15 m/s- dək güclənib.