İyunun 8-i saat 22:00-a olan faktiki hava

08 İyun 2024, 22:15

İyunun 8-i saat 22:00-a olan faktiki hava

İyunun 8-i saat 22:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Culfa, Göygöl, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Daşkəsən rayonunun Aşağı Daşkəsən və Zəylik kəndlərinə dolu düşüb. 

Şimal-qərb küləyinin maksimal sürəti
Göyçayda 30-34 m/s, İsmayıllıda 24 m/s, Yevlaxda 21 m/s, Bərdə, Ağdamda 20 m/s, Tərtərdə 18 m/s təşkil edir.