
07 İyun 2024, 09:05
İyunun 7-si saat 9:00-a olan faktiki hava
İyunun 7-si saat 9:00-a olan məlumata əsasən gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.