İyunun 1-i saat 19:00-a olan faktiki hava

01 İyun 2024, 19:30

İyunun 1-i saat 19:00-a olan faktiki hava

İyunun 1-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli kəndinə 10-13 mm, həmçinin rayonun Qarğıcaq, Şəfəq və Zeyvə kəndlərinə də dolu düşüb.