Tozlu hava şəraiti davam edir

26 May 2024, 19:40

Tozlu hava şəraiti davam edir

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1.5-1.7 dəfə artıq müəyyən edilib.
 
Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.