Havada toz müşahidə olunur

26 May 2024, 11:40

Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
 
Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.