
30 May 2021, 21:25
Havada toz dumanı müşahidə edilir
Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Hazırda havada tozun miqdarı şəhərin müxtəlif rayonlarında 1.1-1.9 dəfə normadan çoxdur.
Müşahidə edilən tozlu hava lokal xarakter daşıyır. Buna səbəb ölkə ərazisində şimal-qərb küləyinin arabir güclənərək torpağın üst quru səthində formalaşan toz kütlələrini yuxarı qaldırmasıdır.
Qeyd edək ki, proses müvəqqəti xarakter daşıyır. Sabah gündüz saatlarından başlayaraq havada tozun miqdarı tədricən azalacaq.