Mayın 20-si saat 19:00-a olan faktiki hava

20 May 2024, 19:50

Mayın 20-si saat 19:00-a olan faktiki hava

Mayın 20-si saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
 
Gədəbəy, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astarada arabir yağış, Şahdağda isə qar yağır.

Yağan leysan yağışlar nəticəsində saat 19:00 radələrindən Ağsu rayonu ərazisindən axan Ağsuçaydan sel keçir.