23 May Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı günüdür

23 May 2021, 16:45

23 May Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı günüdür

Bu gün, ekologiya işçiləri günü bizim həmsöhbətimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Tağıyeva Umayra olub.

2001-ci il mayın 23-də, düz 20 il öncə ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı.O illəri yada salaq. Ölkəmizin müstəqilliyinin ilk illəri, çoxsaylı daxili və xarici problemlər, müstəqilliyimizə olan təhlükələr, iqtisadi çətinliklər... Açıq deyək, gənc dövlətin mövcudluluğunun belə mürəkkəb dönəmində ekologiyanın önəmli olması kimin fikirinə gələ bilərdi. Yalnız Ümummilli Liderin parlaq zəkası ölkə üçün çətin bir dövrdə vətənimizin gələcəyinə uzaqgörənliklə nəzər yetirmək imkanı verdi. O, ekologiyanın həyatımızdakı böyük əhəmiyyətini görürdü. Bu da ixtisaslaşdırılmış bir nazirliyin yaradılmasına səbəb oldu. Bu gün bütün dünya bəşəriyyətin inkişafı və taleyinin birbaşa asılı olduğu ekoloji problemlərin həllinə böyük əhəmiyyət verdiyi zaman, biz ümummilli liderimizin dahi şəxsiyyətinə bir daha heyran qalırıq. Hazırda ekoloji problemlərin uğurlu həllinin şahidləriyik. Ekologiya məsələlərinə olan diqqətin ən bariz nümunəsi Prezidentimiz İlham Əliyevin 2007-ci il Fərmanı ilə 23 may tarixini ekoloqların peşə günü kimi təsis etməsidir.
Azərbaycan Planetimizin ekoloji sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş bütün beynəlxalq sazişlərin və tədbirlərin fəal iştirakçılarından biridir. Bildiyiniz kimi yaşıl örtüyü Yer kürəsinin "ciyərləri" adlandırırlar. Hava çirklənməsinə qarşı mübarizə yollarından biri də yaşıllıq sahələrinin artırılmasıdır. Azərbaycanda hər il yüz minlərlə ağac əkilir. Bu hərəkatda Heydər Əliyev Fondunun və şəxsən Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz istiqamətverici rolu danılmazdır.
Müxtəlif müəssisələrdə müasir hava təmizləyici qurğuların tətbiqi artıq öz müsbət nəticəsini verməkdədir. Bunu həm paytaxtda, həm də bölgələrdə şəhərlərin müxtəlif ərazilərində dövlət investisiyaları hesabına quraşdırılmış avtomatik monitorinq stansiyalarının məlumatları təsdiqləyir.
Respublikanın su ehtiyatlarının vəziyyəti, biomüxtəliflik, geoloji kəşfiyyat sahəsindəki fəaliyyətlər, milli parkların inkişafı və bir çox sahələr ekoloji siyasətin prioritetlərindəndir. Leyla Əliyevanın ölkə gənclərinin ekoloji hərəkatının təşəbbüskarı və təşkilatçısı olması simvolikdir və çox gənclərə bir örnəkdir.
Bu gün biz Böyük Qələbənin şahidiyik. Ölkəmizin Prezidenti İlham Əliyevin fərmanı ilə azad edilmiş torpaqlar “yaşıl inkişaf “ əraziləri elan edilib. Fəxr edirik ki, ekolojiya işçiləri də azad edilmiş ərazilərin bərpasında fəal iştirak edirlər.