“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonu iştirakçılarının diqqətinə: hava necə olacaq?

04 May 2024, 13:25

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonu iştirakçılarının diqqətinə: hava necə olacaq?

Mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir.

Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 7-12 m/s, arabir 14-16 m/s təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi marafon iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.