Aprelin 07-si saat 14:30-a olan faktiki hava

07 Aprel 2024, 14:50

Aprelin 07-si saat 14:30-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağ, Xınalıqda qar yağır.
 
Cənub-şərq küləyi Naftalanda arabir 18 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu
Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta qeydə alınıb.