Aprelin 6-sı saat 16:00-a olan faktiki hava

06 Aprel 2024, 16:25

Aprelin 6-sı saat 16:00-a olan faktiki hava

6 aprel saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Xaçmaz, Xaltan, Mingəçevir, Yevlaxda yağış, Laza (Qusar), Xınalıq, Qrız, Şahdağda qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.