30 Mart 2024, 10:50
Martın 30-u saat 10:00-a olan faktiki hava
Martın 30-u saat 10:00-a olan məlumata əsasən gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.
Qar örtüyü tədricən əriyib Şahdağda 44 sm olub.
Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-də 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.