Martın 17-si saat 12:00-a olan faktiki hava

17 Mart 2024, 16:00

Martın 17-si saat 12:00-a olan faktiki hava

Martın 17-si saat 12:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, martın 16-sı gündüzdən 17-si səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olub.
 
Düşən yağıntının miqdarı Şəkidə 8 mm, Balakəndə 4 mm, Ordubadda 3 mm, Gədəbəydə 2 mm, Quba, Qusar, Tərtər, Oğuz, Naxçıvan, Şahbuzda 1 mm-dək olub.
 
Daşkəsən, Göygöl, Naftalan, Qax, Xaltan, Yevlax, Göyçay, Cəfərxan, Qrız, Şamaxı, Qobustan, Qusar, Lerikdə duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.