
16 Mart 2024, 15:10
Martın 16-sı saat 15:00-a olan faktiki hava
Martın 16-sı saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Göygöl, Gəncə, Oğuz, Şəki, Qaxda yağış, Şahdağda qar yağır.
Martın 16-da Kürdəmir rayonunun Atakişilər kəndinə saat 03:20-03:25 radələrində diametri 0.5-0.8 mm, saat 12:30 radələrində isə Naxçıvanda 0.5 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 15, dağlıq rayonlarda 11 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.