11 Mart 2024, 11:15
217 nömrəli məktəbin şagirdləri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya edib
Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdləri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya ediblər.
Ekskursiya zamanı məktəblilərə Xidmətin fəaliyyət istiqamətləri, tarixi haqqında məlumat verilib, eyni zamanda şagirdlər meteoroloji stansiyanın iş fəaliyyəti ilə tanış olublar.
Daha sonra şagirdlər Xidmətin Situasiya Mərkəzində hava proqnozunun necə hazırlanması ilə bağlı maraqlı məlumatlar əldə ediblər. Şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb, onlar isə ekskursiya ilə bağlı öz təəssüratlarını bölüşüblər.
Sonda məktəblilərə hava sertifikatları təqdim edilib.