Martın 10-u saat 13:00-a olan faktiki hava

10 Mart 2024, 13:25

Martın 10-u saat 13:00-a olan faktiki hava

Martın 10-u saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, Şahbuz, Kəlbəcər, Şuşa, Laçın, Daşkəsən, Gədəbəy, Göygöldə qar, Naxçıvan, Şərur, Culfa, Ordubad, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Şəki, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağır.


Havanın temperaturu
Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 6, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.