02 Mart 2024, 11:45

Ekoloji maarifləndirmə xarakterli görüş keçirilib.

Milli Hidrometeorologiya Xidmətində İdrak liseyinin şagirdləri ilə ekoloji maarifləndirici görüş keçirilib.
Görüş çərçivəsində şagirdlər Xidmətin nəzdində yerləşən Hidrometeorologiya muzeyində bu sahənin tarixi ilə tanış olub, eyni zamanda Situasiya mərkəzini ziyarət ediblər.

Xidmətin mütəxəssisləri tərəfindən onlara mərkəzin fəaliyyəti, erkən xəbərdarlıq sistemi, müasir hidrometeoroloji cihazlar, radar sistemi, ölkənin hidrometeoroloji şəbəkəsi və qlobal iqlim dəyişmələrinin təsirləri haqqında ətraflı məlumatlar verilib.

Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar Xidmət əməkdaşları tərəfindən cavablandırılıb.