
15 Fevral 2024, 12:40
Fevralın 15-i saat 12:00-a olan faktiki hava
Fevralın 15-i saat 12:00-a olan məlumata əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.