MHX «Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr» sektorunun müdiri Fuad Hümbətovun «Environmental crimes of Armenia against the Republic of Azerbaijan»  başlıqlı elmi-publisistik məqaləsi Pakistanın nüfuzlu «The Fortress» media orqanında işıq üzü gör

03 May 2021, 12:30

MHX «Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr» sektorunun müdiri Fuad Hümbətovun «Environmental crimes of Armenia against the Republic of Azerbaijan» başlıqlı elmi-publisistik məqaləsi Pakistanın nüfuzlu «The Fortress» media orqanında işıq üzü görmüşdür.

AR Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin göstərişinə əsasən, ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətləri barədə məlumatların beynəlxalq ictimaiyyətə yayılması istiqamətində ardıcıl fəaliyyət göstərilməkdədir. Belə ki, bu fəaliyyət çərçivəsində MHX «Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr» sektorunun müdiri Fuad Hümbətovun «Environmental crimes of Armenia against the Republic of Azerbaijan» başlıqlı elmi-publisistik məqaləsi 30.04.2021 tarixdə Pakistanın nüfuzlu «The Fortress» media orqanında işıq üzü görmüşdür.

http://thefortress.com.pk/environmental-crimes-of-armenia-against-the-republic-of-azerbaijan/

 Pakistan ictimaiyyətinin və elmi dairələrinin marağına səbəb olmuş məqalədə son 30 ildə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bu ölkə tərəfindən həyata keçirilmiş və günümüzdə transsərhəd anlamda davam etdirilən ekoloji cinayətlər barədə bəhs edilmiş, bu cinayətlərə görə adı çəkilən ölkənin beynəlxalq hüquqi məsuliyyəti təhlil edilmiş və bu məsələdə beynəlxalq ictimaiyyətin dəstək olması ilə bağlı müraciət edilmişdir. Hazırda qeyd olunan materialların digər ölkələrin kütləvi informasiya orqanlarında yayılması istiqamətində fəaliyyət davam etdirilir.