Yanvarın 24-ü saat 15:00-a olan faktiki hava

24 Yanvar 2024, 15:22

Yanvarın 24-ü saat 15:00-a olan faktiki hava

Yanvarın 24-ü saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zəngəzurda, Naxçıvan MR-da, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək. Bəzi yolların buz bağlayacağı ehtimalı var.