23 Yanvar 2024, 09:15
Yanvarın 23-ü saat 09:00-a olan faktiki hava
Yanvarın 23-ü saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarından sulu qar, qar yağır.
Qar örtüyünün hündürlüyü: Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42 sm, Qaxda 35 sm, Ordubadda 26 sm, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 sm-dək olub.
Düşən yağıntının miqdarı: Astarada 43 mm, Lənkəranda 37 mm, Zaqatalada 32 mm, Qaxda 30 mm, Balakəndə 27 mm, Oğuzda 20 mm, Lerikdə 19 mm, Şəkidə 17 mm, Qəbələdə 16 mm, Mingəçevirdə 13 mm, Gədəbəydə 12 mm, Şəmkirdə 11 mm, Göyçay, Yardımlı, Göygöl, Kürdəmir, Gəncə, Yevlax, Ordubad, Daşkəsən, Tovuz, Tərtər, Qrız, Sabirabad, Naftalan, Ağdam, Qobustan, Zərdab, Xaltan, Şərur, Cəlilabad, Qusar, Şahdağ, Sədərək, Naxçıvan, Culfa, Ağstafa, Quba, Altıağac, Ceyrançöl, Xınalıq, Xaçmaz,Biləsuvar, Goranboy, İmişli, Neftçalada 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Duman: Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qusar, Qrız, Şahdağ, Göygöl, Gəncə, Balakəndə müşahidə olunub.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11-14 dərəcə şaxta olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 24-ü axşamadək davam edəcək.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 24-25-də gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda magistral yolların buz bağlama ehtimalı var.