20 Yanvar 2024, 08:00
Milli Hidrometeorologiya Xidmətində Evrika Liseyinin şagirdlərinin iştirakı ilə ekoloji maarifləndirmə xarakterli görüş keçirilib
19 yanvar 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində Bakıda fəaliyyət göstərən Evrika Liseyinin şagirdlərinin iştirakı ilə ekoloji maarifləndirmə xarakterli görüş keçirilib.
Görüş çərçivəsində şagirdlər hidrometeorologiya muzeyində sahənin tarixi ilə tanış olublar. Onlar Situasiya mərkəzində Xidmətin mütəxəssisləri tərəfindən mərkəzin fəaliyyət istiqamətləri, erkən xəbərdarlıq sisteminin funksiya və tərkib elementləri, müasir hidrometeoroloji cihazlar, dopler-radar sistemi, hidrometeoroloji müşahidə şəbəkəsi və qlobal iqlim dəyişmələrinin mənfi təsirləri haqqında ətraflı məlumatlandırılıblar.
Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.