
10 Yanvar 2024, 11:00
Hava şəraiti haqqında məlumat
Əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Müşahidə olunan yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.