FAKTİKİ HAVA

03 Yanvar 2024, 15:55

FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 03-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Mingəçevirdə 16 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 6 dərəcəyədək isti, aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti qeydə alınıb.

Gülşad Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi 04-ü gecə saatlarından tədricən zəifləyəcək, 04-ü gündüz və 05-də arabir güclənən cənub-qərb küləyi əsəcək.