28 Dekabr 2023, 12:00
"EkoRobot dərnəyi təlimi" layihəsi çərçivəsində şagirdlərin Milli Hidrometeorologiya Xidmətinə ekskursiyası təşkil edilmişdir
Vll qrant müsabiqəsində qalib olmuş "Şəhid və qazi övladları üçün ekoRobot dərnəyi təlimi" layihəsi çərçivəsində şagirdlərin Milli Hidrometeorologiya Xidmətinə ekskursiyası təşkil edilmişdir.
Şagirdlər Sumqayıt şəhərində müxtəlif məktəblərdə təhsil alan şəhid və qazi övladlarıdır.
Şagirdlər hidrometeorologiya muzeyində bu sahənin tarixi ilə tanış olmuş, Situasiya mərkəzini ziyarət etmiş, onlara mərkəzin fəaliyyəti, erkən xəbərdarlıq sisteminin funksiya və tərkib elementləri, müasir hidrometeoroloji cihazlar, radar sistemi, ölkənin hidrometeoroloji şəbəkəsi və qlobal iqlim dəyişmələrinin neqativ təsirləri haqqında xidmətin mütəxəssisləri tərəfindən ətraflı məlumatlar verilib.
Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və sual-cavab sessiyası ilə yekunlaşıb.