
27 Aprel 2021, 12:55
FAKTİKİ HAVA
Aprelin 27-si saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağıb.
Düşən yağışın miqdarı: Sədərəkdə 3 mm, Ağdərədə (Ordubad) 2 mm, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Zaqatala, Şəki, Bərdə, Mingəçevir, Kişçayda (Şəki) 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Daşkəsəndə 25 m/s, Naftalanda 24 m/s, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Tərtərdə 17 m/s, Şəki, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 27 m/s, Maştağada 20 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.