18 Dekabr 2023, 09:20
FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib.
Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 9-13 dərəcə şaxta olub.
Ölkə ərazisində dekabrın 18-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, 19-20-də əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.