FAKTİKİ HAVA

09 Dekabr 2023, 09:45

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış.
 
Düşən yağıntının miqdarı: Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Qubada 8 mm, Şəkidə 6 mm, Şamaxıda 5 mm, Şabran, Biləsuvar, Qobustan, Balakən, Oğuz, Zaqatala, Zərdab, Qusar, İsmayıllı, Mingəçevir, Naxçıvan, Gədəbəy, Naftalan, Gəncə, Ceyrançöl, Yardımlı, Xaltan, Beyləqan, Qəbələ, Altıağac, Ağcabədi, İmişli, Yevlax, Kürdəmir, Cəfərxan, Sabirabad, Neftçala, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Duman: Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Goranboy, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qax, Oğuz, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Tərtər, Yevlax, Lerikdə müşahidə olunub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1-5 dərəcə şaxta olub.