FAKTİKİ HAVA

22 Aprel 2021, 12:30

FAKTİKİ HAVA

Aprelin 22-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 21-i gündüzdən bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb.

Düşən yağışın miqdarı: Sarıbaş (Qax), Ağdərədə (Ordubad) 6 mm, Balakən, Gədəbəydə 5 mm, Tovuzda 4 mm, Kişçay (Şəki), Qusar, Şəmkirdə 3 mm, Astara, Zaqatala, Ceyrançöldə 2 mm, Daşkəsən, Naxçıvan, Şahbuz, Naftalan, Gəncə, Ağstafa, Yevlax, Göyçay, Yardımlı, Lənkəran, Şahdağ, Xınalıqda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalan 26 m/s, Şəkidə 25 m/s, Daşkəsəndə 23 m/s, Zaqatalada 22 m/s, Balakən, Ağstafa, Gəncədə 20 m/s, Mingəçevirdə 19 m/s, Ələt, Biləsuvar, Yevlax, Göygöldə 18 m/s, Şabran, Tərtər, Tovuzda 16 m/s; 
Bakıda və Abşeron yarımadasında : Bakıda 25 m/s, Qum adasında 23 m/s, Sumqayıt, Maştağada 20 m/s, Pirallahı, Binədə 19 m/s, Neft Daşlarında 17 m/s, Çilov adasında 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.