21 Aprel 2021-ci ildə “EUMETSAT Məlumat Günü” adlı video-konfrans təşkil edilmişdir.

21 Aprel 2021, 17:00

21 Aprel 2021-ci ildə “EUMETSAT Məlumat Günü” adlı video-konfrans təşkil edilmişdir.

21 Aprel 2021-ci ildə Avropa Birliyinin Meteoroloji Peyklərin Tədqiqatı Təşkilatı (EUMETSAT) tərəfindən Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələrinin Hidrometeoroloji Xidmətləri üçün “EUMETSAT Məlumat Günü” adlı video-konfransı təşkil edilmişdir. Tədbirdə Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistanın hidrometeoroloji xidmətlərinin rəhbər şəxsləri, o cümlədən Beynəlxalq Meteorologiya Xidməti (WMO) və EUMETSAT-ın peyk meteorologiyası üzrə mütəxəssisləri iştirak etmişlər.



Video-konfrans zamanı Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələrinin qeyd olunan istiqamətdə əməkdaşlıq perspektivləri, gələcək fəaliyyət planları haqqında fikir mübadiləsi aparılmış, qeyd olunan innovativ peyk məlumatlarının istifadəsi üzrə müvafiq təlimlərin gələcəkdə artırılmasının böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.