Dumanlı və tozlu hava şəraiti gün ərzində davam edəcək

05 Noyabr 2023, 12:25

Dumanlı və tozlu hava şəraiti gün ərzində davam edəcək

Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur.
 
Duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır”.

Dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i gün ərzində davam edəcəyi gözlənilir.