FAKTİKİ HAVA

04 Noyabr 2023, 09:10

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın  4-ü saat 9:00-a olan məlumatına əsasən 03-də axşam, 04-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb. 
 
Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb. 

Düşən yağıntının miqdarı: Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.  

Duman: Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Külək: Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.