19 Oktyabr 2023, 18:22
FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 19-u saat 17:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Neftçalada arabir yağış yağıb.
Külək: Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənmişdir.
Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, Aran rayonlarında 20 dərəcəyədək, Naxçıvan MR-da 17 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti olub.