FAKTİKİ HAVA

17 Oktyabr 2023, 13:15

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si saat 13:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti
arabir Naftalanda 30 m/s, Mingəçevirdə 26 m/s, Ağstafada 20 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 25-30 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.