16 Oktyabr 2023, 15:52
FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 16-sı saat 15:00-a olan məlumatına əsasən Daşkəsən, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, Naxçıvan MR-da 22 dərəcəyədək, dağlıq rayonlarda 12 dərəcəyədək isti olub.