11 Oktyabr 2023, 16:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində Tvinninq Layihəsinin 5-ci İcraedici Komitə iclası keçirilmişdir
Görüşdə Tvinninq layihəsinin rəhbərləri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, İqtisadiyyat Nazirliyinin Proqram İdarəetmə qurumunun üzvü və Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları iştirak etmişlər.
Layihə Rəhbəri cənab Harri Pietarila və rezident Tvinninq müşaviri xanım Ljubov Limanın cari ilin iyun-avqust ayları ərzində görülmüş işlərlə bağlı məruzəsi iştirakçıların diqqətnə çatdırılmışdır.
Daha sonra cari məsələlər, eləcə də növbəti fəaliyyətlər haqqında fikir mübadiləsi aparılmışdır.
Yekunda növbəti İcraedici Komitə iclasının 2024-cü ilin yanvar ayında keçirilməsi qərara alınmışdır.