
09 Oktyabr 2023, 18:20
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.
Küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlvəzdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 27-32 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.