04 Oktyabr 2023, 08:47
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Düşən yağışın miqdarı: Qubada 29 mm, Şabranda 19 mm, Qusarda 18 mm, Lerikdə 17 mm, Gədəbəydə 15 mm, Neftçalada 14 mm, Altıağacda 9 mm, Yardımlı, Xaltanda 7 mm, Lənkəran, Qrız, Sədərək, Astara, Daşkəsən, Şahdağ, Şərur, Qax, Beyləqan, Ordubad, Ağdam, Naxçıvan, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala, Tərtər, Ağsu, İsmayıllı, Bərdə, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvarda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Göyçayda 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Duman: Şamaxı, Qusar, Şahdağ, Qrız, Lerik, Sumqayıtda müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.