Havada toz dumanı müşahidə olunur

06 Aprel 2021, 12:32

Havada toz dumanı müşahidə olunur

Bugün səhər saatlarında Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib. Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.