30 Avqust 2023, 19:00

Avstriyanın “Sommer Messtechnik” şirkətinin təsisçisi Michael Sommerin ETSN yanında Milli Hidrometeorologiya Xidmətində görüş keçirilmişdir

Görüş zamanı gələcək əməkdaşlıq aspektləri ilə bağlı müzakirələr aparılıb, respublikada mövcüd olan avtomat hidroloji stansiya şəbəkəsinin gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi müzakirə olunub.

Daha sonra cənab Michael Sommer tərəfindən Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri üçün nəzəri təlim keçirilib. Təlim zamanı mütəxəssislər tərəfindən avtomat stansiyaların fəaliyyəti zamanı yaranan problemlərlə bağlı suallar təlimçi tərəfindən cavablandırılıb və gələcəkdə sözügedən stansiyaların daha səmərəli istismarı məqsədilə görüləcək tədbirlər barədə müzakirələr aparılıb.

Eyni zamanda, cənab Sommer tərəfindən Kür çayı üzərində qurulmuş stansiyaların iş prinsipinə dair Xidmətin regional hidrometeorologiya mərkəzlərinin mütəxəssislərinin iştirakı ilə praktiki təlim keçirilib.