27 Avqust 2023, 11:30
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Düşən yağıntının miqdarı: Qəbələdə 24 mm, Qaxda 33 mm, Şəkidə 23 mm, Tərtərdə 13 mm, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlıda 5 mm-dək olub.
Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 32 dərəcəyədək, Naxçıvan MR-da 35 dərəcəyədək, aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.