
26 Avqust 2023, 21:30
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətininin avqustun 26-sı saat 21:00-a olan məlumatına əsasən Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Sabirabad, Neftçala, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Göyçay rayon Qaraməryəm kəndinin dağlıq ərazilərinə yağan leysan yağış nəticəsində Qaraməryəm kəndindən sel keçmişdir.