FAKTİKİ HAVA

25 Avqust 2023, 21:50

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 21:00-a olan məlumatına əsasən
Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Quba, Xaçmaz, Qusar, Şahdağ, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Şəki, Qəbələ, Xınalıq, Ağstafa, Tovuz, Ceyrançöl, Goranboy, Naftalan rayonlarında,
Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
 
Samux rayonu Qabırrı Kəsəmən məntəqəsində fasilələrlə yağan leysan yağış nəticəsində saat 20:00-da çaydan sel keçmişdir.
 
Cənub-şərq küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 22 m/s-dək güclənib.