Havada toz dumanı müşahidə olunur

01 Aprel 2021, 13:02

Havada toz dumanı müşahidə olunur

Bugün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.