17 Avqust 2023, 17:49
17 avqust 2023-cü il tarixində “PowerChina Huadong Engineering Corporation Limite” şirkəti və Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları arasında görüş keçirilib.
Görüşdə HDEC-in səlahiyyətli şəxs rəhbəri Wang Zhao, şirkətin texniki sahə üzrə meneceri Deng Yinhui, və digər nümayəndələr, eyni zamanda Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov və xidmətin digər əməkdaşlar iştirak ediblər.
Görüş zamanı tədbir iştirakçılarına hava proqnozları, radar müşahidələri, aqrometeoroloji, dəniz və digər hidrometeoroloji xidmət növləri barəsində, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidrometeoroloji şəbəkənin yenidən qurulması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib. Həmçinin Alternativ enerjinin qiymətləndirilməsi sahəsində müzakirələr aparılıb.
Sonda “PowerChina Huadong Engineering Corporation Limite” şirkəti və Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində razılıq əldə olunub.